Bakı sakini dərmandan zəhərlənərək ölüb
11 mart, 2017 17:38
Bakıda dərmandan zəhərlənmə hadisəsi baş verib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, martın 10-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Elman Rəhimov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az