Əfv Komissiyasından qərar çıxdı - 450 müraciətə müsbət rəy verildi
11 mart, 2017 14:18
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
1news.az xəbər verir ki, bu barədə Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya məlumat verilib.
Bildirib ki, iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb.
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
1news.az