Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 14 evə baxış keçirilib, 1 379 ədəd qəlpə, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi) və 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, nəticə etibarilə 50 913 kv.m ərazi (11 313 kv.m əl ilə, 15 200 kv.m mexaniki üsulla və 24 400 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Cəmi 33 gün ərzində Cocuq Mərcanlı kəndində 145 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 15 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 29 ədəd tank əleyhinə mina (5 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 966 783 kv.m ərazi (423 141 kv.m əl ilə, 246 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 184 442 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 8 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 149 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Baxış zamanı 1 978 ədəd partlamamış hərbi sursat, 69 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 007 147 kv.m ərazi (463 505 kv.m ərazi əl ilə, 246 200 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 184 442 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az