Bakıda avtomobildən mənşəyi məlum olmayan 335 kiloqram ət aşkar edilib
08 mart, 2017 18:41
Paytaxtda Sabirabad rayon sakininin idarə etdiyi avtomobildən xeyli miqdarda mənşəyi məlum olmayan ət aşkar edilib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 6-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sabirabad şəhər sakini Nadir Kərimovun paytaxt ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.
Orada müvafiq sənədləri olmayan, mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib. Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətininin laboratoriyasına təhvil verilib.
1news.az