Xırdalanda ev yanıb, azyaşlı uşaq tüstüdən boğularaq ölüb
08 mart, 2017 14:18
Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib
Martın 7-də saat 16 radələrində Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nəticədə 10 kvm. sahədə ev əşyaları yanıb.
Mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.
Araşdırma aparılır.
1news.az