Suriyada muzeydən 1,5 milyon dollarlıq kitab oğurlanıb
08 mart, 2017 13:27
Suriyada muzeydən oğurlanaraq qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirilən qədim kitabı satmaq cəhdinin qarşısı alınıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, Bursa Jandarm komandanlığının əməkdaşları Suriyada muzeydən oğurlanan, ceyran dərisi üzərində qızıl işləməli, içində Məryəm Ana və İsa Peyğəmbərin şəkillərinin əks olunduğu 17 səhifəlik tarixi kitabı satış məqsədilə Bursaya gətirən 6 nəfəri saxlayıb.
Dəyəri 1,5 milyon dollar olan eksponat Bursa Muzeyinə təhvil veriləcək.
1news.az