Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Ağcabədi rayonu İmamqulubəyli kəndi – 1 otlaq sahəsinə baxış keçirilmiş, 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 mart 2017-ci il tarixlərində Ağdam, Agcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 126 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 973 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 879 516 kv.m ərazi (430 574 kv.m ərazi əl ilə, 207 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az