Təhsin Mütəllimova “Əməkdar elm xadimi” fəxri adı verilib
06 mart, 2017 18:12
Prezident İlham Əliyev T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə Təhsin Mütəllim oğlu Mütəllimova “Əməkdar elm xadimi” fəxri adı verilsin”.
1news.az