Xəbərlər

“9-cu siniflər üçün keçirilən imtahanlarda bir çox yerdə təşkilatçılıq zəif olub” - Ekspert
06 mart, 2017 15:25

“Müasir dünyada müşahidə olunan inkişaf tendensiyaları bir çox sahələrin, o cümlədən təhsilin və onun fəlsəfəsinin dəyişilməsi zərurətini yaradıb. Bunun nəticəsidir ki, “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilib”.

1news.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, artıq 9 ildir ki, ölkəmizin ümumtəhsil müəssisələrində yeni təhsil proqramları və ona uyğun qiymətləndirmə meyarları tətbiq olunur. Bu, şagirdlərimizin yazı vərdişlərinin, məntiqi düşünmə qabiliyyətinin yeni ölçmə alətləri ilə qiymətləndirilməsinə kömək edir:

“Bunu nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Birinci mərhələdə şagirdlərə oxuyub anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında ilk dəfə olaraq inşa (esse) yazıblar”.

Ekspert deyib ki, sosial şəbəkələrdə və müxtəlif media orqanlarında DİM-in keçirdiyi bu imtahanlarda təşkilatçılıq məsələlərinin zəif olması ilə bağlı bir çox informasiyalar yer alıb:

“Doğrudan da müşahidəmə görə, bir çox yerdə təşkilatçılıq zəif olub. Bu, soyuq havada saatlarla gözləyən uşaqların, onların valideynlərinin narazılığına səbəb olub.

Ümidvarıq ki, DİM növbəti həftələrdə ölkəmizin digər bölgələrində keçiriləcək imtahanlarda təşkilatçılıq məsələlərinə və maarifləndirmə işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirəcək”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.