Bakıda taksi sürücüsü müştəriyə hücum çəkdi
05 mart, 2017 19:37
Bakıda quldurluqla üzləşən şəxs polisə müraciət edib.
1news.az lent.az-a istinadən xəbər verir ki, Abşeron rayon sakini olan 1984-cü il təvəllüdlü Rüstəmov Mətləb Sahib oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Badamdardakı çay evindən çıxaraq "AzSamand" markalı taksiyə oturub.
Taksi sürücüsü bir qədər keçdikdən sonra bıçaqla müştəriyə hücum edib və onun üzərindəki 400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.
M.Rüstəmov həımin taksi sürücüsünün tapılaraq cəzalandırılmasını tələb edib.
Faktla bağlı araşdırma aparılır.
1news.az