Xəbərlər

Tofiq Zülfüqarov: Mənə qarşı qanunla təsdiq edilmiş prosedur pozulub
03 mart, 2017 00:12

Azərbaycanın sabiq xarici işlər naziri, hazırda isə səlahiyyətli səfiri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbərlər səngimək bilmir.

Belə ki, polis generalı Səhləb Bağırovun göstərişi ilə heç bir protokol tərtib edilmədən diplomat ın idarə etdiyi maşınından düşürülərək avtomobili cərimə meydançasına aparılmasına baxmayaraq, Yol Polisi T.Zülfüqatovun yol hərəkəti qaydalarını pozduğunu bildirir. Lakin bununla belə diplomatın hansı qaydanı pozduğu göstərilmir.

Bununla bağlı T.Zülfüqarov Facebook səhifəsi vasitəsilə müvafiq vəzifəyə aid polislərə müraciət edib.

Mətni olduğu kimi diqqətinizə çatdırırıq:

“Öncə polis polkovniki Vaqif Əsədovun ünvanlma bildirdiyi etirama görə minnətdaram.

Öz növbəmdə də ictimai asayişin keşiyində dayanan ona və onun həmkarlarına dərin hörmətimi bildiririəm. Bütün bunlar vacib faktorlardır. Beləki ölkəmiz qarşısında torpaqlarımız işğal etmiş qəsbkarlara lazımi cavab vermək kimi böyük öhdəlik dayanır.  

Bu öhdəliklə müqayisədə qarşılaşdığım hadisə çox kiçik və əhəmiyyətsiz görünür. Əminəm ki, bu məsələnin həlli, eləcə də ictimaiyyət arasında müzakirəsi qanun keçikçilərinin nüfuzunu daha da artıracaq.

Bu cür kiçik problemin cəmiyyət arasında rezonans doğuracağını gözləmirdim. Bununla bağlı olaraq diskussiyamızı qanun və qaydalar məcrasına salaraq davam etdirməliyik. Bu qanun və qaydalara vəzifəsindən və xidmətindən asılı olmayaraq hamımız riayət etməliyik. Buna görə də düşdüyüm vəziyyəti həll etməyə səlahiyyəti çatan şəxslərlə müzakirə etmək üçün bir neçə tezisi sadalamaq istərdim:

1.Mənə qarşı qanunla təsdiq edilmiş sənəd və maşının götürülməsilə bağlı prosedur pozulub (məndə nə saxlanılmaqla bağlı, nə də sənəd və avtomobilin götürülməsilə bağlı protokol yoxdur).

2.Buna görə də mən hansı qaydanı pozduğumu, eləcə də mənə və əmlakıma qarşı hansı ciddi tədbirlərin göstərilməsini bilmirəm.

3.Əgər kameralar hansısa qanun pozuntusunu qeydə alsaydı, o zaman qanun çərçivəsində müvaviq cərimə göstərilməli idi.

4.Operativ maşınların hərəkəti zamanı xüsusi vasitələrin səs və işıq siqnallarını təqdim edilməsi sizin daxili qaydalarla tənzim edilir.

5. Mayak işıqları avtomobilin üstündə olmalıdır, BMW avtomobilinin üzlüyünün altındakı kimi deyil. Belə ki, mənim idarə etdiyim maşın MB GL-450 böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür.

6. Bu video reqistratora da düşüb. Belə ki, həmin səs yazısında yalnız oğlum və anasının hadisə ilə danışıqları düşüb. Buna görə də kimsə sizə deyibsə ki, ailəm mənmlə avtomobildə olmayıb, yanılmısız.

7. Əminəm ki, öz səhvlərini boynuna alan polis zabiti, xüsusən də polis generalı cəmiyyətdə daha çox hörmət qazanacaq, nəinki mənim başıma gələn hadisədə olduğu kimi qanunu pozmasını gizlədəndən fərli olaraq. Buna görə də mən bu hadisəyə aidiyyatı olan kəslərlə səslənirəm ki, onlar qanun keşikçilərinin nüfuzunun artması üçün lazımi tədbir görsünlər.

8.Həmçinin öz tərəfimdən bəyan edirəm ki, polis əməkdaşlarının xalq arasındakı hörmət və sevgisinə xələl gətirilməməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Buna görə də ilk addım olaraq hüquqlarımın bərpa olunması üçün məndən götürülmüş sənəd və avtomobilim qaytarılnması üçün Sizdən müvafiq göstəriş verməyinizi istəyirəm. Bundan sonra digər məsələlərin müzakirəsi üçün təklifinizi dəyərləndirəcəyəm.

Hörmətlə, Tofiq Zülfüqarov”. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.