Mədət Quliyev: “Ermənilərin törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub”
03 mart, 2017 12:13
“Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizm ölkəmiz üçün də mühüm məsələdir.
M.Quliyev qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.
1news.az