Xəbərlər

Tofiq Zülfüqarov: Qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin
03 mart, 2017 15:24

Dünən Azərbaycanın sabiq xarici işlər naziri, hazırda isə səlahiyyətli səfiri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı mətbuatda sil-silə xəbərlər yayılmışdı.

Belə ki, polis generalı Səhləb Bağırovun göstərişi ilə heç bir protokol tərtib edilmədən diplomat idarə etdiyi maşınından düşürülərək avtomobili cərimə meydançasına aparılmışdı.

Lakin bu gün T.Zülfüqarov Facebook səhifəsi vasitəsilə problemin tamamilə həll olunduğunu qeyd edib:

“Salam əziz dostlar!

Xəbər vermək istəyirəm ki, iki gün əvvəl baş verən problem bu gün tamamilə həll olunub.

Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatları barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım.

Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər.

Mən, öz tərəfimdən, Azərbaycan Respublikasının Prezidenti bütün dövlət qulluqçularından tələb etdiyi kimi, əmin-amanlığın, Azərbaycan vətəndaşlarının qanuni hüquq və maraqlarının mühafizəsi işində onlara uğurlar arzuladım.

Lakin Azərbaycanda həmişə olduğu kimi sonradan müəyyən edildi ki, biz həmin şəxslərlə hələ 1994-cü ildən, ABŞ-ın ATƏT-dəki səfiri Braunu Goranboy rayonunun Tapqaraqoyunlu kəndindəki təmas xəttinə müşayiət etdiyimiz vaxtdan bir-birimizi tanıyırıq.

Əminəm ki, baş vermiş bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar.

Demək istərdim ki, mənim gəldiyim nəticə ondan ibarətdir ki, qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır. Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım Facebook-un rolu da vacibdir.

“Hakimiyyət səlahiyyətlilərinin” və sadə vətəndaşların iştirakçıları olduqları cəmiyyətin transformasiyasının müsbət aktları – uzunmüddətli prosesdir.

Demək olar ki, bu, bizim hamımızın keçdiyi məktəbdir və burada əsas qayda – qanunun aliliyidir. Qısası, qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin.

Əminəm ki, uzumüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, “kim kimi məğlub edəcək” seriyasından yarışma səhnələrini açıqlamadığıma görə, bəzi dostlarım məni bərk tənqid edəcək. Ancaq mən sual verirəm: “Lazımdırmı?” Axı, aydındır ki, Sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans QALİB GƏLDİ. Daha doğrusu, qalib gələn QANUN oldu.

Hamınıza hörmətlə,

Tofiq Zülfüqarov”.

Mövzu ilə əlaqədar oxuyun:       

Tofiq Zülfüqarov: Mənə qarşı qanunla təsdiq edilmiş prosedur pozulub

Azərbaycanın sabiq XİN rəhbərinin avtomobili cərimə meydançasına aparılıb – FOTO – VİDEO

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.