Özbəkistandakı uşaq bağçalarının birində baş verənlər ictimaiyyətin ciddi qəzəbinə səbəb olub.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Surxandərya vilayətində uşaq bağçalarının tərbiyəçiləri gündüz uşaqlara qarşı fiziki zorakılıq həyata keçirib, axşamlarsa bağçada priton yaradaraq müştərilərə intim xidmətlər göstərirlərmiş. Bunu sosial şəbəkələrdə yayılan videodan da açıq şəkildə görmək mümkündür.
Termez rayon televiziyasının əməkdaşları bu videoreportajı hüquq-mühafizə orqanlarının ötən ilin noyabrında keçirdikləri reydin materialları əsasında hazırlayıblar. Gizli kamera ilə çəkilmiş videoda tərbiyəçilərin gündüz uşaqlara fiziki zorakılıq tətbiq etmələri, gecələrsə bağçanı pritona çevirdikləri aydın görünür.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, günahkarların ciddi cəzalandırılacağı gözlənilir.
1news.az