Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu rəsmən təsdiqləndi
02 mart, 2017 11:19
Keçən il dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir.
1news.az-a Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 28-də dənizin “Pirsaat daş silsiləsi” ərazisində tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1974 -cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu rəsmən təsdiq edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Mövzu ilə əlaqədar oxuyun:
Qərargah: “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb
1news.az