Bakıda kirayənişindən 14 kiloqramdan artıq narkotik maddə götürülüb
02 mart, 2017 23:22
Bakıda evlərdən birində kirayə qalan şəxs polislər tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevin Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evə baxış zamanı oradan 10 kiloqram 87,180 qram marixuana və 4 kiloqram 180,610 qram tiryək aşkar edilərək götürülüb.
1news.az