Avropanın ən hündür vulkanı püskürməyə başlayıb - VİDEO
01 mart, 2017 12:56
İtaliyanın Siciliya adasında yerləşən və Avropanın fəaliyyətdə olan ən hündür vulkanı olan Etna vulkanı yenidən oyanıb.
1news.az-ın məlumatına görə, kiçik partlayışlar vulkanın püskürməsinə səbəb olub.
Mütəxəssislər kiçik partlayışlar və vulkanik bombalarla müşahidə olunan hazırkı püskürmənin təhlükə yaratmadığını düşünürlər.
Qeyd edək ki, Etna Avropanın ən yüksək vulkanlarındandır. Onun hündürlüyü dəniz səviyyəsindən 3,3 min metrdən çoxdur.
Daim aktiv olması səbəbindən Etna vulkanı BMT tərəfindən “onilliyin vulkanı” seçilib.
1news.az