Sosial mənzillər bazar qiymətindən təqribən 20-25 faiz aşağı olacaq
01 mart, 2017 21:26
Uyğun qiymətə mənzil təminatında ilk növbədə gənc ailələrə üstünlük veriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.
Agentliyin rəhbəri qeyd edib ki, təklif olunan sosial mənzillər bazar qiymətindən aşağı olacaq. “Gözləyirik ki, qiymətlər təqribən 20 -25 faiz aşağı olsun. Bu, həm də tikiləcək binaların yerləşdiyi ərazidən asılıdır”.
Samir Nuriyev, həmçinin əlavə edib ki, regionlarda da uyğun qiymətə mənzillərin tikintisi prioritet məsələdir. Lakin layihə əvvəlcə böyük şəhərlərdə reallaşdırılacaq.
Bu zaman bütün meyarlar - yol infrastrukturu, iş yerlərinin yaxınlığı nəzərə alınacaq.
1news.az