Yanacaqdoldurma məntəqəsinin operatorunu döyüb qarət elədilər
01 mart, 2017 20:38
Tovuz rayonunda yerləşən yanacaqdoldurma məntəqələrinin birində qulduqluq faktı qeydə alınıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələdindən birinə gələn şəhər sakini Elşad Hüseynov “Mercedes” markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib.
Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
1news.az