Polis insan alveri ilə məşğul olan şəxsi saxlayıb
01 mart, 2017 19:17
Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan Astara sakini saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini Tacirə Məlikovanın bir qrup şəxslə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
1news.az