Azərbaycanın müstəqillik qazanmasından 26 ilə yaxın vaxt keçsə də, sovet dövründən qalma bəzi adlar hələ də dəyişdirilməyib.
Dediklərimizə misal olaraq paytaxt Bakı şəhərinin Sabunçu rayonunda yerləşən “26 Bakı Komissarı” küçəsini qeyd edə bilərik.
Keçən əsrin 25 aprel 1918 - 31 iyul 1918 tarixləri arasında Bakıda mövcud olmuş və erməni Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik sovetin adının bu günə qədər dəyişdirilməməsi başadüşülən deyil.
Bakıda “26 Bakı Komissarı” küçəsinin olmasını Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu qəsəbə nümayəndəliyinin üzvü Sevda Şahbazova da təsdiq etdi və bildirdi ki, həmin küçənin adının dəyişdirilməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət olunsa da, hələ də məsələ öz həllini tapmayıb.
Sabunçu rayon İcra Hakimiyyətindən isə küçələrin adlarının dəyişdirilməsi səlahiyyətinin Nazirlər Kabinetində olduğunu söylədilər.
1news.az