Xəbərlər

Bu gün Od çərşənbəsidir
28 fevral, 2017 09:10

Bu gün xalq təqvimi ilə Boz ayın ikinci çərşənbəsi – Od çərşənbəsidir.

Gün.Az xəbər verir ki, Od çərşənbəsi Azərbaycan xalqının min illər boyu bayram etdiyi Novruz yaradılışının mərhələlərini əks etdirən dörd ünsürdən biridir. Xalq arasında bu çərşənbəyə bəzən Üskü çərşənbə, Addı çərşənbə də deyilir.

Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi Dədə Qorqud” aydın görmək olar.

Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oхşasalar təbiət o qədər tez isinər, adamlara хoşbəхtlik gətirər. Kənd yerlərində bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədə uyğun hesab olunurdu.

İnsanlar öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taхtadan məşəllər alır, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar. Müasir dovrdə də çərşənbə aхşamı hər kəs öz həyətində tonqal qalamaqla çərşənbə adət-ənənələrini davam etdirir. 

Adət-ənənəyə görə, Od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün xəstəlikləri, pislikləri və azar-bezarları odda yandırırlar.

Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın!; od-ocağa həsrət qalasan!

Digər çərşənbələrdə olduğu kimi Od çərşənbəsi günündə də qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Bu gün imkan dərəcəsində hər kəsin evində istilik verən yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.   

Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır.
Bu çərşənbədə daha güclü tonqallar çatılmalı, daha güclü atəşfəşanlıq keçirilməlidir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.

Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, “ocağı şər vaxtı söndürməzlər”, “od çərşənbəsində ocağı boş qoymazlar” və sair.

Od çərşənbəsi özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri, ritualları bu çərşənbədə əksini tapır. Atmosferin, havanın istiliyi, insan bədənində, ağacın bətnində, torpaqda istilik və nəhayət, bütün bu istiliklərin məcmusu olan odun qorunub saxlanması, odun əldə olunması və bununla insan həyatının dəyişməsi görüşləri bu çərşənbə etiqadlarında bu və ya digər şəkildə özünü əks etdirir.

İnsanlar bir qayda olaraq bu bayramda tonqalların ətrafına yığışaraq arzu və diləklərini söyləyirlər.

Od çərşənbəniz mübarək!

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.