Dəyər verdiyiniz insan üçün dəbli və gözəl hədiyyə seçməmisinizsə, diqqətinizi ən yaxşı italyan zərgərlik brendlərinin kolleksiyalarına yönəldin.
Hamımız qızların ən yaxşı dostlarının kim olduğunu bilirik. Leo Pizzo brendinin kolleksiyası bunun ən yaxşı təsdiqidir. Brilyantlarla örtülmüş müxtəlif çalarlı qızılların vəhdəti ən tələbkar gözəlin də ürəyini fəth edə bilər.
Hansı üzük, boyunbağı, kulon və ya sırğanı seçəcəyinizin heç bir fərqi yoxdur. Leo Pizzo tərəfindən yaradılan bütün zinət əşyaları zərif və dəbdəbəlidir, bu isə onları dərhal əldə etmək istəyi yaradır. Klassik və orijinal formalar, yüksək əyarlı qızıl və nadir qiymətli daşlar - bu şirkət zamanla ayaqlaşmaqdan əlavə, əsrlik italyan ənənələrinə sadiq qalır.
Leo Pizzo zinət əşyaları Bülbül prospekti 30/ Niyazi 5B ünvanında yerləşən Royal Collection butiklərində təqdim olunur.
Tel.: (+99412) 493-40-84 (+99412) 492-76-56
Instagram: @royalcollectionbaku
Facebook: Royal Collection
Reklam hüququnda