Lənkəranda sahildən 2 ədəd tank əleyhinə mina tapılıb
27 fevral, 2017 14:09
Fevralın 27-də saat 08:00 və 09:15 radələrində Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən əraziyə baxış zamanı 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub.
1news.az-ın DSX-yə istinadən verdiyi xəbərə görə, minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə məlumat verilib.
“Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir”- deyə, DSX-dən bildiriblər.
1news.az