İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub
26 fevral, 2017 14:52
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, İlham Əkiyev Türkiyə Prezidentini ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.
1news.az