Kərkükdə neft quyusu partladılıb
25 fevral, 2017 16:34
İraqın Kərkük şəhərinin şimal-qərbində, onlarla neft quyusunun yerləşdiyi “Bay Hasan” bölgəsində 128 nömrəli quyu partladılıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, partlayışın kim tərəfindən törədildiyinə dair məlumat verilməyib.
Partlayışdan sonra boru xəttində meydana gələn zədə ilə əlaqədar baş verən yanğın qısa müddətdə söndürülüb. Boru kəmərindən neft nəqlinin dayanmadığı bildirilib.
“Bay Hasan” neft quyuları 2014-cü ilin iyununda İŞİD qruplaşmasının hücumlarından sonra İraq Kürd Regional Rəhbərliyinin Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarətdə saxlanılır.
1news.az