Pelenin oğluna 13 il həbs cəzası verildi
25 fevral, 2017 15:48
Dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edson Çolbi Nasimentu həbs olunub.
1news.az qol.az-a istinadən xəbər verir ki, ona 13 illik həbs cəzası verilib.
Braziliya məhkəməsi hələ 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb. Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir.
Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.
1news.az