“Facebook”da beynəlxalq pulköçürmə sistemi istifadəyə verilib
25 fevral, 2017 14:54
“Facebook” korporasiyası Böyük Britaniyanın “TransferWise” şirkəti ilə birlikdə pulköçürmə funksiyasını beynəlxalq formatda istifadəyə verib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, hazırda yeni funksiyadan yalnız Avstraliya, ABŞ, Kanada və Böyük Britaniyada, eləcə də bir sıra Avropa ölkələrində yararlanmaq olar.
Lakin yaxın gələcəkdə dünyanın istənilən nöqtəsindən pul göndərmək və qəbul etmək mümkün olacaq.
Funksiya pulköçürmələr üzrə standart əməliyyatlarla yanaşı, məlumatlandırma baxımından da faydalıdır. Belə ki, yeni servis birja bazarlarındakı vəziyyət barədə rahat və vaxtında xəbərdar edəcək.
1news.a