Xəbərlər

“Qaçqın” statusu verilməsi ilə bağlı qaydaya dəyişikliklər edilib
23 fevral, 2017 20:20

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 795; 2004, № 1, maddə 19; 2007, № 8, maddə 765; 2008, № 3, maddə 168, № 8, maddə 722; 2010, № 8, maddə 718, № 9, maddə 770; 2011, № 5, maddə 378; 2015, № 5, maddə 514, № 9, maddə 976) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. ikinci-yeddinci abzaslar müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

 “Ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxs (bundan sonra – müşayiət olunmayan uşaq) aşkar edildikdə, həmin şəxs barəsində qəyyumluq və himayə orqanlarına müraciət edilir. Qəyyumluq və himayə orqanları müşayiət olunmayan uşağın ölkə ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını dəqiqləşdirir və onun “Qaçqın” statusu almaq niyyəti vardırsa, bu Qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.”;

1.2. səkkizinci abzasda “müraciət etdikdə, o,” sözlərindən sonra “(müşayiət olunmayan uşaqlar istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

 “Müşayiət olunmayan uşağa “Qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, qəyyumluq və himayə orqanları onu sosial xidmət müəssisələrində yerləşdirirlər. Müşayiət olunmayan uşaqlar ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur, hüquq və mənafeləri qanunvericiliyə uyğun olaraq qorunur.”.

2. 5-ci hissənin üçüncü abzasında “Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş “Qaçqın” statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də” sözləri “Müşayiət olunmayan uşağa da” sözləri ilə əvəz edilsin”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.