Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 10 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 1 485 ədəd qəlpə, 3 ədəd TM-62P3 minasının gövdəsi və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb.
20 gün ərzində kənddə 57 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilib, 448 459 kv.m ərazi (203 609 kv.m ərazi əl ilə, 109 300 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 22 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə, ANAMA tərəfindən 01 yanvar – 23 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 61 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 962 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 3 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 477 553 kv.m ərazi (232 703 kv.m ərazi əl ilə, 109 300 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə və 22 550 kv.m ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az