Suriya müxalifəti Əl-Bab şəhərinin İŞİD-dən azad olunduğunu bildirir
23 fevral, 2017 17:25
Suriya müxalifəti Əl-Bab şəhərini İŞİD qruplaşmasından tamamilə azad edib. Bu barədə Azad Suriya Ordusunun (ASO) rəsmi nümayəndəsi məlumat verib.
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu şəhər mərkəzinə nəzarəti tam ələ keçirib. Hazırda burada qruplaşma tərəfindən yerləşdirilən partlayıcı vasitələrin təmizlənməsi işi aparılır.
Agentlik “Fərat qalxanı” əməliyyatının 184 günü ərzində 1900 kvadratkilometrdən çox ərazinin terrorçulardan təmizləndiyini, ASO-nun Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 39 kilometr irəlilədiyini bildirir.
Anadolu