NASA: Marsda ildə bir dəfə qeyri-adi qar yağır
22 fevral, 2017 23:20
Marsın cənub qütbündə ildə bir dəfə qar yağır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, NASA alimləri bu qənaətə gəliblər.
Mütəxəssislər Marsa düşən qarın Yerdəki qarla eyni olmadığını bildiriblər. Alimlərin fikrincə, qış dövründə Marsda havanın temperaturu 128 dərəcəyə düşür.
Nəticədə donmuş karbon qazı kristallar şəklində planetin səthinə çökür və beləliklə, qar örtüyü əmələ gəlir.
1news.az