Doqquzuncu mərtəbədən yıxıldı, lakin sağ qaldı
22 fevral, 2017 09:15
Almaniyalı turist Tailandın Pattaye kurort şəhərində doqquzuncu mərtəbədən yıxılıb və sağ qalıb.
53 yaşlı kişi yaşadığı otelin damından yıxılıb. Hadisə nəticəsində almaniyalı turist qolunu sındırıb və bir neçə digər ciddi olmayan xəsarət alıb.
Polis hadisənin səbəblərini araşdırır.
RİA Novosti