Xocalı Soyqırımı ilə bağlı 1200-dən artıq şəxs zərərçəkən qismində dindirilib
22 fevral, 2017 13:05
Bu günə qədər Xocalı Soyqırımı ilə bağlı 7500-dən artıq istintaq hərəkəti həyata keçirilib.
1news.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib.
Onun sözlərinə görə, 1200-dən artıq şəxs zərərçəkən qismində dindirilib.
Bundan başqa 39 nəfərin Xocalı Soyqırımında iştirakı sübuta yetirilib və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı zəruri addımlar atılıb.
“Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib”- deyə, müstəntiq sözlərinə əlavə edib.
1news.az