Qanunsuz yolla 4400 ədəd “Comet” keçirmək istədi
20 fevral, 2017 12:54
Qanunsuz yolla ölkəyə külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
İdarənin “Sınıq Körpü” gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd “Comet” adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az