Fevralın 24-də vergilər naziri Fazil Məmmədov Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, Aşıq Məktəbində (ünvan: Gədəbəy şəhəri İbrahim Mirzəyev 2) keçiriləcək qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 14 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Umudov Orxan İlqar oğlu, əlaqə telefonu (022-305-31-03), mobil (055-689-77-22), Qazax rayonu Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Talıbov Qəzənfər Ələkbər oğlu, əlaqə telefonu: (022-295-09-57), mobil (050-254-41-09), Ağstafa rayonu Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Sadıqov İsmayıl Hüseyn oğlu, əlaqə telefonu: (022-225-35-90), mobil (050-751-89-99), Tovuz rayonu Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Qurbanov Əli Nurəddin oğlu, əlaqə telefonu: (022-315-73-69), mobil (050-347-30-44) və Gədəbəy rayonu Vergi ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Cəfərov Məmməd İnqilab oğlu, əlaqə telefonu: (022-326-36-57), mobil (051-309-80-10) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
1news.az