Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, fevralın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 278 m3/s olmaqla ongünlük normanın 163 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 90 m3/s təşkil edərək ongünlük normanın 128 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Şirvanda 6, Bankədə isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 478 sm (2016-cı il fevralın 20-də 420 sm), Şirvanda 373 sm (2016-cı il fevralın 20-də 309 sm), Salyanda 332 sm (2016-cı il fevralın 20-də 267 sm), Bankədə 246 sm (2016-cı il fevralın 20-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 198 sm (2016-cı il fevralın 20-də 153 sm) təşkil edir.
1news.az