AMEA Milli Azərbaycan Tarixi Muzeyin illik toplusu olan “Milli Azərbaycan Tarixi Muzeyi – 2016” toplusu işıq üzü görüb.
1news.az-ın məlumatına görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.
Toplu yeddi hissədən - “Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Tarix”, “Arxeologiya”, “Sənətşünaslıq”, “Millət atası”, “Yubileylər” və “Muzeyin həyatından” bölmələrindən ibarətdir. Burada Muzey əməkdaşlarının və başqa alimlərin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunub. 505 səhifə həcmində olan topluda 39-dan çox müəllifin məqaləsi yer alıb.
Muzey tərəfindən hər il ənənəvi olaraq nəşr olunan toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli töhfə olaraq mühüm əhəmiyyət kəsb edir.
1news.az