İğdırda ağır qəza: 26 Azərbaycan vətəndaşı yaralanıb
20 fevral, 2017 14:04
Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, qəzada ümumilikdə 8 nəfər ölüb.
Onlardan neçəsinin azərbaycanlı olduğu dəqiqləşdirilir.
Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır.
Qeyd edək ki, qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.
1news.az