Füzulidə xəstəxana yanıb
19 fevral, 2017 14:13
Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 1400 m2 olan birmərtəbəli xəstəxanada, sahəsi 20 m2 olan palatanın içərisində 1 ədəd yataq dəsti yanıb.
1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.
Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az