Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat təşkil edilib - FOTO
18 fevral, 2017 20:54
Fevralın 18-də Bakı Avropa Liseyində şagirdlər arasında “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda debat keçirilib.
1news.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, şagirdlərin qeyd olunan mövzuya müraciət etmələri sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.
Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda, onlardan çıxış yolları üzərində birgə düşünmək olub.
Şagirdlərin debatında təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, müəllim, şagird və valideynlər iştirak ediblər.
1news.az