Bakıda yolların buz bağlaması nəticəsində 23 nəfər yıxılaraq xəsarət alıb
18 fevral, 2017 16:13
Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində ötən sutka ərzində 23 nəfər yıxılaraq xəsarət alıb.
1news.az xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib.
Onun sözlərinə görə, bir vətəndaşa yerində ilkin yardım göstərilib, 22-si isə xəstəxanaya yerləşdirilib:
“Onların arasında ciddi xəsarət alanlar yoxdur. Əsasən yuxarı və aşağı ətrafların zədələnməsi müşahidə edilir”.
1news.az