1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi deyil, metronun “Neftçilər” metro stansiyası ətrafı müəyyən edilib. Belə ki, 1 nömrəli marşrut üzrə avtobuslar şəhər mərkəzindən gələrkən Heydər Əliyev prospekti ilə hərəkət edərək Mikayıl Əliyev küçəsindəki dairədən, eləcə də Mehdi Abbasov və Azər Manafov küçələrindən keçməklə Qara Qarayev prospektinə daxil olaraq “Dakar” meydanınadək hərəkət edəcək.
M.Ağayevin sözlərinə görə, bu dəyişikliyin edilməsində məqsəd, Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir.
Qeyd edək ki, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar fevralın 18-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edir.
1news.az