Bakının iki rayonunda su təchizatında məhdudiyyətlər olacaq
16 fevral, 2017 10:45
Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1news.az-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsindən keçən 500 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1news.az