Xəbərlər

Avropada yaşayan azərbaycanlılar Münxendə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər
16 fevral, 2017 21:34

Avropada yaşayan azərbaycanlılar fevralın 16-da Almaniyanın Münxen şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər. Aksiyada 250-dən çox həmvətənimiz iştirak edib.

Münxen Təhlükəsizlik Konfransının keçirildiyi “Bayerişer Hof” otelinin önündə baş tutan aksiyanı Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberq Mədəniyyət və Təhsil Cəmiyyəti, Münxendə fəaliyyət göstərən türk diaspor təşkilatları birgə təşkil ediblər.

Aksiyada “Xocalıya ədalət!”, “Ermənistan, işğaldan və terrordan əl çək!”, “Biz torpaqlarımızı hökmən azad edəcəyik!”, “Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Biz terrora və soyqırımına yox deyirik!” kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb.

Tədbirdə çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. Həmvətənlərimiz Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəyliklərini, torpaqlarımızın işğaldan azad edilməsi üçün əllərinə silah götürməyə hazır olduqlarını bildiriblər. Soydaşlarımız Azərbaycan Prezidentinin münaqişənin həllinə yönəlmiş siyasətinin regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan güclü, beynəlxalq aləmdə öz sözünü deməyə qadir bir dövlət kimi tanınmaqdadır və bu, bütün dünya azərbaycanlılarında qürur doğurur.

Mitinqdə iştirak edən soydaşlarımız bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.

Aksiyada son dövrlərdə Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozmasının, Azərbaycan Ordusunun mövqelərini, habelə yaşayış məntəqələrində mülki əhalini atəşə tutmasının, təmas xəttində təxribatlar törətməsinin dərin narahatlıq doğurduğu vurğulanıb.

Sonda mitinq iştirakçılarının bəyanatı oxunub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.