2017-ci ilin yanvar ayı ərzində vergi orqanlarına 7145 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.
1news.az-a Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərdən 97,6 faizi ərizə, 2,2 faizi şikayət, 0,2 faizi təklifdir.
Müraciətlərin 45,9 faizi müxtəlif arayışların alınması, 20,1 faizi kameral vergi yoxlamaları, 12,6 faizi vergi borcları, 2,4 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4 faizi vergi qanunvericiliyinin tətbiqi, 1,3 faizi səyyar vergi yoxlamaları, 0,8 faizi işlə təmin olunma, 0,5 faizi qəbul, 0,3 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanları isə digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4 faizi müsbət həll olunub.
Bu dövrdə vergi orqanlarında ümumilikdə 194 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.
1news.az