Hicran Hüseynova Naftalanda vətəndaşlarla görüşəcək
15 fevral, 2017 20:51
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 21-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, Heydər Əliyev mərkəzində saat 10:00-da başlayacaq qəbulda Göygöl, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə, Kəlbəcər, Samux rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Naftalan rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.
1news.az