Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişikliklərin təsdiq olunması ilə bağlı fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanunda aşağıdakı dəyişikliklər edilib:
1. IX fəslin adında “informasiya” sözündən sonra “, reklam sahəsində ətraf mühitin mühafizəsi” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 64-1-ci maddə əlavə edilsin:
“Maddə 64-1. Reklam sahəsində ətraf mühitin mühafizəsi
64-1.1. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Ətraf mühit üçün təhlükə potensialı olan reklamı qadağan olunan əmtəələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
64-1.2. Reklam ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda əmtəənin ətraf mühitə mənfi təsiri barədə məlumatların qəsdən gizlədilməsinə yol verilmir”.
1news.az