Xəbərlər

Uçan avtomobillərin sifarişi başladı - VİDEO
14 fevral, 2017 12:20

Niderlandın “PAL-V” şirkəti öz vədinə sadiq qalaraq uçan avtomobil istehsal edib.

1news.az ICTnews-a istinadən xəbər verir ki, çoxsaylı uğurlu sınaq uçuşlarından, ABŞ və Avropa avtomobil və aviasiya standartlarına aid bütün problemlərin həllindən sonra şirkət “PAL-V Liberty” uçan avtomobillərinə ilkin sifarişlərin qəbuluna başladığını elan edib.

“PAL-V Liberty” uçan avtomobili üçtəkərli avtomobil və vertolyotun birgə hibrididir. Avtomobilin içərisində ikiqat güc transmissiyası əsasında yaradılmış “Rotax” mühərriki qurulub: mühərriklərdən biri yollarda hərəkət üçün, digəri isə uçuşlar zamanı istifadə olunur.

Avtomobil rejimində vint korpusun daxilində gizlədilir, qanadların yığılmasına baxmayaraq,  üst hissədə görsənir. Bu rejimdə mühərrik saatda 160 km sürətlə hərəkət edə bilir.

Sürücü uçmazdan öncə avtomobili hazırlamalıdır. İstehsalçıların məlumatına görə, bütün bu prosesə 5-10 dəqiqə vaxt sərf olunur. Vertolyot rejimində mühərrik saatda 180 km sürətlə uçur. Maksimum uçuş hündürlüyü 3500 metrdir.

Şirkət “PAL-V Liberty” uçan avtomobilinin ilk versiyalarını təxminən 600 min dollar satmağı planlaşdırır. Ancaq təxminən 1 il sonra çıxarılacaq “Sport” modelinin dəyəri 400 min dollar təşkil edəcək.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.