Xəbərlər

Lerikdə qar uçqunu olub, yollar bağlanıb
14 fevral, 2017 12:08

Lerik rayonunda qar uçqunu olub, yollar bağlanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, Zuvand yolunda baş verən uçqun nəticəsində qar kütləsi yola tökülüb.

Dağ kəndləri ilə nəqliyyat əlaqəsi demək olar ki, yoxdur. Rayonda ən az qar mərkəzə yağıb ki, burada qarın qalınlığı 50 santimetrdir.

Qar örtüyünün qalınlığı Cəngəmiran və Blabənd kəndlərində 75 santimetr, digər kəndlərdə isə 1 metrdən yuxarıdır.

Lerik rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, rayonda texnika kifayət qədər olmadığından yolları açmaq mümkünsüzdür:

“Əsas qüvvə, 43 saylı Yol İstismar İdarəsinin iki qreyderi və bir qartəmizləyən maşını Lənkəran-Lerik yolunun açıq qalmasına yönəldilib. Texnikaların köməyi ilə kənd yolları qismən təmizlənib. Lakin, on gündür aramsız yağan qar təbii ki, problemsiz ötüşmür. Kiçik fasilələr nəzərə alınmasa elektrik enerjisinin verilişi ilə bağlı problem yoxdur”.

Qeyd edək ki, yolboyu qarın qalınlığı 80-85 santimetrdir. Hazırda mənfi 8 dərəcə şaxta müşahidə olunur.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.